AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı, əksinə münaqişənin illərlə dondurulmasına səbəb oldu

  • + A
  • - A
  • 16-12-2020, 21:00

    Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı, əksinə münaqişənin illərlə dondurulmasına səbəb oldu

    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı


    Bildiyimiz kimi möhtərəm Prezident cənab İlham Əliyev bir neçə gün öncə ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini onların müraciətinə əsasən qəbul etmişdir.

    44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, Cənab Prezident keçirilən görüşdə də qətiyyət göstərərək bu qrupun fəaliyətini ciddi tənqid etmişdir. Minsk qrupu Ermənistan-Azərbaycan arasında yaranmış Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədi ilə yaranmış qurum idi. Ancaq Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı, əksinə münaqişənin illərlə dondurulmasına səbəb oldu. 10 il əvvəl Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri birgə bəyannamə ilə çıxış edərək status-kvonun qəbuledilməz olduğunu bildirmişdilər. Azərbaycan bu bəyannaməni dəstəkləsə də, müəyyən vaxtdan sonra məqsədlərinə çatan həmsədr ölkələrin liderləri status-kvonun onlar üçün qəbul edilən olması haqda mesajlar vermişlər. Münaqişənin həlli üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib

    olsalar da, bu qədər illər ərzində bu münaqişə həll olunmurdu. Sual olunur, niyə? Minsk qrupunun vasitəçi olan ölkələri hər biri öz imkanlarından, potensiallarından istifadə edərək Ermənistanı işğal etdiyi əraziləri tərk etməsi üçün mesaj verə bilərdi, lakin heç vaxt belə mesaj verilməyib. Ermənistana vaxtında ciddi sanksiyalar tətbiq olsaydı, işğalçı öz qüvvələrini geri çəkərdi. Görünür həll edilməsi öhdəliyinə rəğmən münaqişənin dondurulmuş kimi qalması beynəlxalq vasitəçiləri qane edib. Minsk qrupunun gələcək mandatının aqibəti müəmmalıdır və Azərbaycanla razılaşdırılmalıdır. Möhtərəm cənab Prezident İlham Əliyev görüşdə qeyd etmişdir: “Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim qoy gəlsinlər, etiraz etmirəm”. Cənab Prezident bununla nüfuzlu beynəlxalq müşahidəçilərə sözarası bildirdi ki, artıq onların vasitəçiliyinə ehtiyac qalmayıb. Artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll edilmişdir. Status-kvo güc yolu ilə, Azərbaycan dövlətinin iradəsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin balanslaşdırılmış müdrik siyasəti, xalqının həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirilmişdir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub.

    Zəfər qələbəsindən sonra son sözü Azərbaycanın dövlət başçısı deyir. Bu münaqişədə söz sahibi cənab Prezidentdir. Görünən odur ki, tezliklə münaqişəni tarixə qovuşduran cənab Prezident, fəaliyyəti söz oyunundan başqa heç nəyə yaramayan ATƏT-ə də eyni aqibəti yaşadacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR