AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Respublikasının Prokurorluğunun korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirilir

  • + A
  • - A
  • 22-06-2021, 15:49

    Azərbaycan Respublikasının Prokurorluğunun korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirilir

    Cari ilin iyunun 14-dən 18-dək Avstriya Respublikasının Vyana şəhərində hibrid formatda BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasının İcrası üzrə Nəzarət Qrupunun görüşü və Korrupsiyanın qarşısının alınması üzrə Açıq Hökumətlərarası İşçi Qrupunun 12-ci iclası keçirilmişdir.
    BMT-nin nümayəndələrinin, ABŞ, Böyük Britaniya, Türkiyə Respublikası, Rusiya Federasiyası, Çin Xalq Respublikası və Korrupsiya əleyhinə Konvensiyaya (UNCAC) tərəf olan digər dövlətlərin təmsilçilərinin də qatıldığı tədbirdə Azərbaycan Respublikasının nümayəndə heyəti qismində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları iştirak etmişlər.
    Tədbirdə “Korrupsiyaya qarşı mübarizə aparan qurumların səlahiyyətlərinin genişləndirilməsi”, “Rüşvətxorluğa qarşı mübarizədə əldə olunan müsbət təcrübə” və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
    Nümayəndəmiz tədbir iştirakçılarına Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində COVID-19 pandemiyası ilə əlaqədar törədilmiş hüquqpozmalar barədə müraciətlərə baxılması təcrübəsi, hüquqi şəxslərin cinayət məsuliyyəti institutunun tətbiqi vəziyyəti, eləcə də digər yeniliklər barədə də ətraflı məlumat vermişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR