Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının plenar iclasında Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin ediliməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Komissiya üzvləri sırasına aşağıdakı şəxslərin adları daxil edilib:
1. Adil Əliyev
2. Əminə Ağazadə
3. Elşad Mirbəşiroğlu
4. Arzu Nağıyev
5. Səfa MirzəyevMəsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il tarixində yaradılıb və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Milli Məclis tərəfindən, 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir./azvision.az/
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.