AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Dayanıqlı sülh nəzərdə tutur ki, yaxşı razılaşmalar olsun”

  • + A
  • - A
  • 18-07-2021, 21:30


    “Siz bunu xüsusilə qeyd etdiniz və biz həmin mövzuya qayıdırıq. Bu, müxtəlif sahələrdə regional əməkdaşlığın vacibliyidir. Enerji sektorunun bütün regionda və hətta onun sərhədlərindən kənarda əhəmiyyətini qeyd etdiniz”.

    “Azadmedia.az” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

    O qeyd edib ki, infrastrukturun əhəmiyyəti var:

    “Bu, xüsusən də daşımalara, onların müxtəlif marşrutlarına aiddir. Bu mövzunu da müzakirə etdik. Bu halda, həmçinin, Avropa İttifaqı regional əməkdaşlıq səylərində iştirak etmək, həvəsləndirmək arzusundadır.

    Bu mesajı bu mövzuda səfərbər olunmağa hazır olan bütün tərəflərə və ölkələrə çatdırmaq istəyirik. Bu axşam və sabah mən Gürcüstanda olacağam.

    Bu mövzu, həmçinin, Gürcüstanda işlərimizin və planlarımızın gündəliyində olacaq. Hesab edirik, sülh, dayanıqlı sülh nəzərdə tutur ki, yaxşı razılaşmalar olsun və həyata keçirilsin. Dayanıqlı sülhü rifah, sabitlik və təhlükəsizlik məqsədilə reallığa çevirmək üçün gec-tez müzakirə olunacaq digər məsələlər də var”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR