Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişellə telefon danışığı keçirib.
AzadMedia.az-ın məlumatına görə, danışıqlar zamanı Türkiyə Prezidenti Aİ-ni Azərbaycanın ərazi bütövlüyü məsələsində ardıcıl mövqe nümayiş etdirməyə çağırıb.
Belə ki, R.T.Ərdoğan bildirib ki, Azərbaycanın ərazilərini işğal etmiş Ermənistan, əvvəlcə neft-qaz enerji xətlərinin və nəqliyyat marşrutlarının üzərində yerləşən Tovuz rayonuna, sonra Gəncə şəhərinə hücum etməklə Avropaya enerji tədarükü təhlükəsizliyinə təhdid yaradıb.
Qeyd edək ki, Danışıqlar zamanı tərəflər, həmçinin Türkiyə-Aİ münasibətlərini, eləcə də Şərqi Aralıq dənizindəki vəziyyəti müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.