AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nyu-Yorkda Teodor Ruzveltin abidəsini sökdülər

  • + A
  • - A
  • 21-01-2022, 08:18

    Nyu-Yorkda Teodor Ruzveltin abidəsini sökdülər

    Nyu-Yorkun hakimiyyət orqanları ABŞ-ın 26-cı prezidenti Teodor Ruzveltin Amerika Təbiət Tarixi Muzeyinin girişinin qarşısında yerləşən abidəsini söküblər. Azadmedia.az CNN-ə istinadən xəbər verir ki, bürünc heykəlin sökülməsi üzrə iş çərşənbə axşamı başlayıb və cümə axşamı axşam başa çatıb. Muzeyin nümayəndəsinin sözlərinə görə, abidənin sökülməsi təxminən 2 milyon dollara başa gəlib.

    Heykəlin sökülməsi ilə bağlı qərar 2020-ci ilin iyununda afro-amerikalı Corc Floydun Minneapolisdə ölümündən sonra ABŞ-da keçmişin siyasi xadimlərinin abidələrinə qarşı aparılan mübarizə fonunda verilib.

    Xatırladaq ki, Corc Floyd 2020-ci il may ayının sonunda Minneapolisdə polis məmuru Derek Şovinin həbsi zamanı boğulduğundan öldü.

    Bundan sonra Amerikanın bir çox böyük şəhərlərində, daha sonra isə iştirakçıları polis zorakılığına və irqçiliyə qarşı çıxan digər ölkələrdə etirazlar və iğtişaşlar başlayıb. ABŞ-da Floyda həsr olunmuş memoriallara qarşı vandalizm aktları qeydə alınıb.
    Tərcümə etdi:Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR