Nyu-Yorkda komendant saatı ləğv edildi
ABŞ-ın Nyu-York şəhərində komendant saatı ləğv olunub.
AzadMedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şəhər meri Bill de Blazio Tvitter səhifəsində yazıb.
“Dünən və ötən gecə şəhərimizin sakinləri daha yaxşı nümunə göstərdilər”, - deyə Blazio qeyd edib.
Xatırladaq ki, mayın 25-də Minneapolis şəhərində afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-ın ayrı-ayrı şəhərlərində irqçilik əleyhinə aksiyalar başlayıb.
Qeyd edək ki, Nyu-Yorkda komendant saatı iyunun 2-dən tətbiq olunub.