AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili 2021-ci ilin payız sessiyasını əhatə edən hesabat təqdim edib

  • + A
  • - A
  • 31-01-2022, 16:42

    Millət vəkili 2021-ci ilin payız sessiyasını əhatə edən hesabat təqdim edib

    Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov təmsil etdiyi dairə üzrə gördüyü işlərlə bağlı 2021-ci ilin payız sessiyasını əhatə edən hesabat təqdim edib.
    Azadmedia.az xəbər verir ki, Ceyhun Məmmədov qeyd edib ki, hər bir seçicimizin yanında olmağa, onların problemləri ilə yaxından tanış olmağa, müraciətləri qısa zaman ərzində aidiyyatı qurumlara yönləndirməyə və həlli üçün lazımi tədbirlər görməyə çalışmışıq.
    Həmçinin ölkədə baş verən hadisələrlə bağlı istər yerli, istərsə də xarici televiziya kanallarında, sosial şəbəkələrdə münasibət bildirmək, şəhid ailələri ilə sıx əlaqədə olmaq, gənclərin marifləndirilməsi yolunda təşkil edilən tədbirlərdə iştirak fəaliyyətinin ən vacib istiqamətlərindən olduğunu qeyd edib.
    Deputat bildirib ki, hesabat dövründə ümumilikdə 137 yazılı, 526 şifahi, sosial şəbəkələr vasitəsilə isə 845 müraciət daxil olub. Müraciət edən hər bir şəxslə əlaqə yaradılıb, problemləri diqqətdə saxlanılıb, aidiyyəti qurumlara müraciətlər ünvanlanıb.
    Deputat bundan sonrakı fəaliyyəti dövrlərində də daim seçicilərlə bərabər olacağını, onların problemlərinin həlli yolunda lazımi addımlar atacağını və onlarla birgə uğurlu nəticələrə nail olacağını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR