“Siz Milli Məclisin binasına nə vaxt daxil olmusunuz?" - Oqtay Əsədov deputatın təklifinə sərt reaksiya
Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Aytən Mustafayeva Milli Məclisin binasında əlillər üçün pandusların və xüsusi liftlərin quraşdırılmasını təklif edib.
"Report”un məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov isə A.Mustafayevaya cavab olaraq bildirib ki, təmirdən sonra parlamentin binasında hamı, o cümlədən əlillər üçün bütün şərait yaradılıb.
"Siz Milli Məclisin 2012-ci ildə təmir olunan binasına nə vaxt daxil olmusunuz? Burada əlillər üçün pandus var. Həmçinin lift də fəaliyyət göstərir. Siz seçicilərinizi daha çox çalışdığınız institutda qəbul edirsiz”, -deyə O.Əsədov vurğulayıb.