“Əlillərə 50 manat müavinət verilir, bu nəyə bəs edər” – Deputat
Deputat Aytən Mustafayeva əlillərin müavinətlərinin artırılması ilə bağlı çıxış edib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edən Aytən Mustafayeva bildirib ki, əlilliyin təsdiqlənməsi hər il aparılmalıdır.
"Əlillərə 50 manat müavinət verilir. Əzizim, bu 50 manat nəyə bəs edir? Onlar da Azərbaycan vətəndaşlarıdır. Onların təhsil almaq və digər bütün hüquqları var. Rayonlarımızda lal və karlar üçün məktəb yoxdur.
Mənə Astarada olan ailə müraciət edib ki, hamısı lal, kardır, amma oxumağa məktəb yoxdur. Lal-kardır deyə işləyə bilməz? Ələbaxmasınlar deyə, onlara iş yeri verməliyik. Rusiya Dumasında əlil deputatlar da var.
Onlar fəaldırlar. Bizim Milli Məclisin binasında heç imkan yoxdur ki, əlil içəri girə bilsin. Bunun üçün binada pilləkən yoxdur. Gəlin, birinci özümüzdən başlayaq”-deyə deputat bildirib.
///Modern.az