AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tunisdə qəzaya uğrayan gəmidən xilas edilən Azərbaycan vətəndaşları təxliyə olunacaq - XİN

  • + A
  • - A
  • 16-04-2022, 20:41

    Tunisdə qəzaya uğrayan gəmidən xilas edilən Azərbaycan vətəndaşları təxliyə olunacaq - XİN

    16 aprel 2022-ci il tarixində Ekvatorial Qvineya bayrağı altında üzən, Malta istiqamətində hərəkətdə olan gəmi pis hava şəraiti səbəbindən Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayıb. Gəminin heyəti arasında 2 Azərbaycan vətəndaşı olub.

    Xarici İşlər Nazirliyindən Azadmedia.az-a verilən məlumata görə, gəmi heyəti Tunis sərhəd gəmisi tərəfindən xilas edilib və xəstəxanaya yerləşdirilib:

    "Qəza nəticəsində gəmi heyəti, o cümlədən Azərbaycan vətəndaşları xəsarət almayıb. Hazırda vətəndaşlarımızın təxliyəsi ilə bağlı müvafiq tədbirlər görülməkdədir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR