AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Batan gəminin dənizçiləri üzərək sahilə çıxıblar

  • + A
  • - A
  • 7-01-2022, 13:54


    İndoneziya bayrağı altında üzən “TANIMBAR BAHARI” adlı yük gəmisi Timor dənizində Saumlaki limanı yaxınlığında (Tanimbar adası, İndoneziya) batıb.

    “Seanews.az” “seafarersjournal.com”-a istinadən xəbər verir ki, gəmi yüklə Surabayadan gəlib, lakin hava şəraiti pis olduğuna görə Saumlaki limanına daxil ola bilməyib.

    Limana girməyi gözləyərkən gəmi qəzalı vəziyyətə düşüb və batmağa başlayıb.

    “TANIMBAR BAHARI” 30 metr dərinlikdə sürətlə batarkən dənizçilər suya atılaraq sahilə doğru üzüblər.

    Gəmidə 15 heyət üzvü olub və onların hamısı xilas ola bilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR