Azərbaycanlıların da olduğu gəmi Qara dənizdə qəzaya uğradı
Qara dənizdə, Krım yaxınlığında Moldovaya məxsus yük gəmisi qəzaya uğrayıb.
"Ölkə.Az" xəbər verir ki, gəminin korpusu zədələnib. Qəzadan dərhal sonra ekipaj təxliyə edilib.
Regionun fövqəladə hallar idarəsinin məlumatında deyilir: "12 nəfərlik ekipajı olan "Berg" yük gəmisinin korpusu zədələnib. Gəmi Moldova bayrağı altında üzür. Ekipaj üzvləri Ukrayna və Azərbaycan vətəndaşlarıdır. Ekipaj təxliyə edilib. Gəminin korpusu yoxlanılır. Hadisənin səbəbi araşdırılır".