AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Hökuməti 6-cı dövri hesabatı ətrafında dinləmələri və sual-cavab mərhələsini uğurla keçdi

  • + A
  • - A
  • 19-06-2022, 19:07

    Azərbaycan Hökuməti 6-cı dövri hesabatı ətrafında dinləmələri və sual-cavab mərhələsini uğurla keçdi

    BMT-nin Qadınlara qarşı ayrıseçkiliyin ləğv olunması üzrə Komitəsinin(CEDAW) 82-ci sessiyasında Azərbaycan Hökumətinin 6-cı dövri hesabatı ətrafında dinləmələri və sual-cavab mərhələsi uğurla keçib. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova öz şəxsi facebook səhifəsində məlumat verib, həftə ərzində yaşadıqlarından bəhs edib, əməyi keçənlərə təşəkkür edib. Azadmedia.az Bahar xanımın sözügedən yazısını təqdim edir:
    "İyunun 14 - dən 19-dək Çenevrədə keçən gərgin iş həftəmiz başa çatdı.
    BMT-nin Qadınlara qarşı ayrıseçkiliyin ləğv olunması üzrə Komitəsinin(CEDAW) 82 ci sessiyasında Azərbaycan Hökumətinin 6-cı dövri hesabatı ətrafında dinləmələri və sual-cavab mərhələsini uğurla keçdik.
    Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş geniş tərkibli nümayəndə heyətinin Dövlət Komitəsi tərəfindən koordinasiya olunan fəaliyyəti və onun nəticələri,eləcədə bizə ünvanlanan çoxsaylı suallara cavabları barədə CEDAW ekspertlərinin müsbət rəy və dəyərləndirmələrini eşitmək qürurverici olmaqla yanaşı həm də çox xoş oldu.
    Lakin görülməli olan vacib işlər, nəzərə alacağımız tənqid və tövsiyyələr, həmçinin bu sahədə mövcud olan narahatedici məqamlara dair vətəndaş cəmiyyəti nümayəndələrimizin fikir, təklif və iradlarını da unutmuruq.
    Media və ictimaiyyətin rəylərinə olan münasibətimizin isə hər zamankı kimi konstruktiv əməkdaşlığa söykənəcəyinə hər kəsi əmin etmək istəyirik.
    Möhtərəm Prezidentimizin bu sahədə qarşımıza qoyduğu mühüm tapşırıqların yerinə yetirilməsi və dövri hesabatın uğurlu təqdimatı ücün çalışan mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrinə göstərdikləri komanda ruhuna və şəxsi tohfələrinə görə təşəkkür edirəm!
    BMT nin Cenevrədəki ofisi yanında Azərbaycan nümayəndəliyinə hərtərəfli dəstək və yardımına görə isə ayrıca minnətdaram.
    BİZ BİRLİKDƏ GÜCLÜYÜK!"




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR