AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 82-ci sessiyasında Azərbaycan Respublikası Hökumətinin altıncı dövri məruzəsinin təqdimatı ilə əlaqədar nümayəndə heyəti Cenevrə şəhərində səfərdədir

  • + A
  • - A
  • 14-06-2022, 16:03

    BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 82-ci sessiyasında Azərbaycan Respublikası Hökumətinin altıncı dövri məruzəsinin təqdimatı ilə əlaqədar  nümayəndə heyəti Cenevrə şəhərində səfərdədir

    BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 82-ci sessiyasında Azərbaycan Respublikası Hökumətinin altıncı dövri məruzəsinin təqdimatı ilə əlaqədar nümayəndə heyəti Cenevrə şəhərində səfərdədir.

    İctimai həyatın bütün sahələrində gender bərabərliyinin təmin edilməsi, dövlət idarəçiliyi və qərar qəbuletmədə kişilərlə bərabər qadınların fəal iştirakının təmin edilməsi Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

    Ölkəmizdə insan hüquqlarının təminatı, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, məşğulluğun inkişafı sahəsində həyata keçirilmiş bütün tədbirlərdə, qəbul edilmiş dövlət proqramları, milli fəaliyyət planları və digər sənədlərdə gender amilinin nəzərə alınması məqsədilə vacib addımlar atılmışdır.

    Azərbaycan Hökuməti qadın hüquqlarının təşviqi sahəsində beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə də xüsusi önəm verir.

    Ölkəmiz beynəlxalq aləmdə artan nüfuzunun və qadın hüquqlarının təşviqinə dəstək verməsinin göstəricisi olaraq, 1979-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" (CEDAW) Konvensiyanı 1995-ci ildə ratifikasiya etmişdir.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də Azərbaycan Hökuməti adından CEDAW Komitəsinə Konvensiya üzrə ölkəmizin dövri hesabatlarını təqdim edilir. Sonuncu beşinci dövri hesabatın təqdimatı zamanı verilmiş tövsiyələr nəticəsində qanunvericilik islahatlarının keçirilməsini yüksək qiymətləndirməklə yanaşı, Azərbaycan hökumətinə qadınların hüquqlarının təşviqi məqsədilə bir neçə mühüm addımların atılması məsləhət görülmüşdür.

    16 iyun 2022-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 82-ci sessiyasında Azərbaycan Respublikası Hökumətinin altıncı dövri məruzəsinin təqdimatı keçiriləcəkdir.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Bahar Muradovanın rəhbərliyi ilə keçirilən səfərdə nümayəndə heyətinin tərkibində daxili işlər nazirinin müavini Oruc Zalov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, səhiyyə nazirinin müavini İlqar Qasımov, təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəis müavini Sədi Cəfərov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Maliyyə Nazirliyinin Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsinin müdiri Cavid Məmmədov təmsil olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR