AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: “Vergi sahəsində aparılan istlahatlar ölkədə sahibkarlığın inkişafına gətirib çıxaracaq”

  • + A
  • - A
  • 11-01-2018, 15:09

    Deputat: “Vergi sahəsində aparılan istlahatlar ölkədə sahibkarlığın inkişafına gətirib çıxaracaq”














    “Son vaxtlar Azərbaycanda vergi sahəsində aparılan istlahatlar ölkədə sahibkarlığın inkişafına gətirib çıxaracaq”.
    Bunu AZTB.info-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat İmamverdi İsmayılov bildirib.

    Deputat vergi sistemində çalışan və sahibkarlarda narazılıq yaratmış şəxslərin işdən azad olunmasının ümsbət addım olduğunu söyləyib:

    “Bu addımların atılması çox düzgün qərardır. İmkan verilməlidir ki, Azərbaycanda sahibkarlıq yüksək səviyyədə inkişaf etsin. Bu Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmlənməsi və iqtisadiyyatının inkişafı üçün çox vacib şərtdir. Azərbaycanda aparılan vergi islahatları ölkədə gedən mütərəqqi inkişaflara adekvat cavab verməlidir. İnanıram ki, yeni təyin olunan vergilər naziri tərəfindən də bu istiqamətdə işlər uğurla davam etdiriləcək”.
    İ.İsmayılov qeyd edib ki, Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsi çox uğurlu addımdır:

    “Cənab Prezident çox düzgün qərar verərək, Mikayıl Cabbarovu vergilər naziri təyin edib. İnanırıq ki, yeni nazir mövcud olan nöqsanların aradan qaldırılması üçün əlindən gələni edəcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR