AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gənc şair intihara cəhd etdi

  • + A
  • - A
  • Bu gün, 10:00

    Gənc şair intihara cəhd etdi

    Gənc şair Həsən Kür intihara cəhd edib.

    Hadisə bu gün Sabunçu rayonunda yerləşən “Sevinc Mall” ticarət mərkəzində qeydə alınıb.

    O, özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb və ağır vəziyyətdə Sabunçu xəstəxanasına çatdırılıb. O, reanimasiyaya yerləşdirilib.

    İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.

    Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

    TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda onun vəziyyəti ağırdır.

    “22.02.2025-ci il tarixində saat 19:10 radələrində 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır”, - məlumatda deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR