Almaniya kansleri Olaf Şolzun Pekinə səfəri Almaniya və Çin arasında qarşılıqlı anlaşma və etimadın möhkəmlənməsinə kömək edəcək. Bunu prezident Si Cinpin deyib.
O qeyd edib ki, Şolz uzun müddətdən sonra Çinə səfər edən ilk Avropa lideri olub.
“Əminəm ki, səfər iki ölkə arasında qarşılıqlı anlaşma və qarşılıqlı etimadı gücləndirəcək, müxtəlif sahələrdə praktiki əməkdaşlığı dərinləşdirəcək və Çin və Almaniya arasında əlaqələrin gələcək inkişafı üçün planları müəyyənləşdirəcək”, - Si Cinpin bildirib.
Qeyd edək ki, bundan əvvəl Çin prezidenti ABŞ-la əməkdaşlığı gücləndirməyə çağırıb. Onun sözlərinə görə, ölkələr arasında münasibətlər dünyada sabitliyin və təhlükəsizliyin artmasına kömək edəcək. Rus mediasından tərcümə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.