ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezidentlik kampaniyasına Nyu-Hempşir və Cənubi Karolina ştatlarına səfər edərək başlayıb.
Azadmedia.az xəbər verir ki, bu barədə TASS CNBC telekanalına istinadən xəbər verir.
Kanalın məlumatına görə, kampaniya tədbirləri Trampın adi “minlərlə həmfikir qarşısında səs-küylü mitinqləri”ndən fərqlənirdi. Belə ki, Kolumbiyada (Cənubi Karolina) keçmiş prezident cəmi 200 amerikalı ilə görüşüb.
Trampın köməkçiləri bunu 2024-cü il təkrar seçki kampaniyasının ictimai mərhələsinə doğru ilk addım kimi qiymətləndirirlər. O, çıxışında Co Bayden administrasiyasının xarici siyasət qərarlarını tənqid etməklə diqqət çəkib.
Bir çox respublikaçı da Ağ Evin rəhbəri vəzifəsinə öz namizədlərini irəli sürməyi düşünür. Xüsusilə, Nyu-Hempşir qubernatoru Kris Sunu və Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli namizəd ola bilər.
Xatırladaq ki, Tramp noyabrın 15-də 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlamışdı. ABŞ-ın hazırkı prezidenti noyabrın 9-da yenidən dövlət başçısı seçilmək üçün mübarizə aparacağını açıqlayıb, lakin yekun qərarını yalnız bu ilin əvvəlində verəcəyi barədə xəbərdarlıq edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.