“Qaşıqçının ölümündə Bin Salman günahkardır” – Nikki Heyli
ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Heyli maraqlı açıqlama verib.
“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, amerikalı nümayəndə İstanbulda qətlə yetirilən səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının ölümündə şahzadəni və onun ətrafını günahlandırıb:
“Qaşıqçı cinayətinin günahkarı Səudiyyə hökuməti və vəliəhd Məhəmməd bin Salmandır. Cəzasız qalmamalıdırlar”.