AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Moldova parlamenti dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsini təsdiqləyib

  • + A
  • - A
  • 16-03-2023, 22:02

    Moldova parlamenti dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsini təsdiqləyib

    Moldova parlamenti dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsini təsdiqləyib. Azadmedia.az TASS-a istinadla xəbər verir ki, qərarı hakim Fəaliyyət və Həmrəylik Partiyasından olan deputatların sadə səs çoxluğu (58 səs) təsdiqləyib.

    Xatırladaq ki, 2013-cü ildə Moldova Konstitusiya Məhkəməsi rumın dilini respublikada dövlət dili hesab etmək qərarına gəlib. Ölkə konstitusiyasında dövlət dilinin moldova dili olduğu qeyd edilsə də, Konstitusiya Məhkəməsi hesab edib ki, rumın dili dövlət dili adlandırılan Moldovanın müstəqillik bəyannaməsi mətni konstitusiyadan üstündür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR