AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Konstitusiyasında ərazi iddiası olan ÖLKƏLƏR

  • + A
  • - A
  • 17-01-2020, 13:12

    Konstitusiyasında ərazi iddiası olan ÖLKƏLƏR


    Konstitusiya ölkənin ali qanunlar toplusu kimi istər vətəndaş, istərsə də dövlət üçün çox böyük əhəmiyyət kəsb edir. İctimai həyatı qaydalara uyğun idarə etməyə imkan verən, dövlətlə vətəndaş arasında tənzimləyici rol oynayan və fərdin cəmiyyətdə yerini müəyyənləşdirən Konstitusiya bəzən qalmaqallı maddələri ilə diqqət cəlb edir.

    Bəzi ölkələr ərazi iddialarını ölkə Konstitusiyasına da daxil edir.

    Qonşu ölkəyə ərazi iddialarını Konstitusiya sənədində rəsmiləşdirən ölkələrin siyahısını təqdim edirik:



    Ermənistanın Türkiyəyə ərazi iddiaları

    Ermənistan 100 ildən çoxdur ki, Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür. Rəsmi Yerevan Türkiyənin 6 vilayətinin “Qərbi Ermənistan” ərazisi adlandırır. Türkiyə torplaqlarına birbaşa ərazi iddiaları olmasa da, buna işarə vuran bəndlər var.

    İlk növbədə, söhbət Ermənistanın 1990-cı il avqustun 23-də qəbul etdiyi “Ermənistanın müstəqilliyi barədə Bəyannamə”də öz əksini tapıb. 12 bənddən ibarət bəyannamənin 11-ci bəndi ən ciddi mübahisə doğuran hissədir.

    “Ermənistan Respublikası 1915-ci ildə Osmanlı İmperiyası və Qərbi Ermənistanda törədilən “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınmasına tərəfdir”. Bu cümlə ilk baxışdan diqqət çəkməsə də, bu ifadədə yer alan “Qərbi Ermənistan” ifadəsi Türkiyənin 6 şərq vilayətinə (Ərzurum, Van, Bitlis, Elazığ, Diyarbakır və Sivas) ərazi iddiası nəzərdə tutur.

    Bu maddə 1995-ci il iyulun 5-də qəbul olunan Ermənistan Konstitusiyasında yer almasa da, 13 maddədə Türkiyə ərazisində yerləşən Ağrıdağının (erm.Ararat) ölkənin dövlət gerbinə təsvir olunduğu bildirilir.

    “Ermənistan Respublikasının Gerbi – mərkəzdə qalxan üzərində Ağrıdağı, Nuhun gəmisi və tarixi Ermənistanda mövcud olmuş 4 çarlığın gerbi əks olunub”.



    Cənubi və Şimali Koreya: eyni xalq, iki dövlət

    Konstitusiyalarında ərazi iddiasının rəsmi şəkildə yer aldığı ölkələrə misal olaraq, Cənubi və Şimali Koreyanın adlarını çəkmək olar. 1950-1953-cü illərdə bütöv Koreya yarımadası və xalqı milyonlarla insan həyatını itirdiyi ideloji müharibədən sonra 2 ayrı dövlətə ayrılır – kommunist ideologuiyasının hakim olduğu Şimali Korey Xalq Demokratik Respublikası və kapitalizm yolu seçən Cənubi Koreya respublikası…

    1948-ci il iyulun 17-də qəbul olunmuş Cənubi Koreya Konstitusiyası Koreya yarımadasına bütünlüklə iddialıdır. Bu barədə 3 ali sənədin 3-cü maddəsində məlumat var.

    “Cənubi Koreya Respublikasının ərazisi bütün Koreya yarımadasınlı və ətraf adaları özünə birləşdirir”.

    Şimali Koreya isə Konstitusiyasını 1948-ci il sentyabrın 8-də qəbul edib. Sənədin 9-cu maddəsi bütün yarımadanın birləşdirilməsini əsas məqsəd elan edir.

    “Şimali Koreya Xalq Demokratik Respublikası yarmıadanın şimalında xalq hakimiyyətini gücləndirməklə və 3 inqilabı – ideoloji, texnoloji və mədəni, həyata keçirməklə sosializmin tam qələbəsi və yarımadanıln tam birləşməsi üçün mübarizə aparır”.



    Kiçik Estoniyadan nəhəng Rusiyaya ərazi iddiası

    Estoniya Konstitusiyasına görə, onun quru sərhədləri Rusiyanın Leninqrad və Pskov vilayətlərinin bir hissəsini də tərkibinə alır. Belə ki, Konstitusiyanın 122-ci maddəsi bu iddia üçün 1920-ci ildə müstəqil Estoniya dövləti ilə Rusiya arasında imzalanmış Tartus sülh müqaviləsini əsas gətirir. Amma SSRİ-nin tərkibinə daxil olduqdan sonra, Estoniyanın ərazisi kiçilməyə başladı. Əvvəlcə, İvanqorod, sonra isə Peçora rayonları bu ölkənin tərkibindən çıxarılaraq Rusiyanın tərkibinə verildi.

    1991-ci ildə Estoniya müstəqillik əldə etdikdən sonra, Sovet İttifaqı dövründə itirilmiş ərazilərin qaytarılmasını tələb etdi və Tartus sülh müqaviləsinin yenidən qüvvədə olduğunu bəyan etdi. Rəsmi Moskva ərazi iddialarını rədd etsə də, iki tərəf arasında sərhədlərlə bağlı yekun sənəd bu günə qədər imzalanmayıb.



    İrlandiyanın Böyük Britaniyaya ərazi iddiası…

    Uzun əsrlər boyu Böyük Britaniyanın tərkibində olan İrlandiya üsyan qaldıraraq, 1921-ci ildə müstəqillik əldə etdi. Bu zaman adanın şimal hissəsi Böyük Britaniyanın tərkibində qaldı.

    1937-ci il dekabrın 29-da qəbul olunan İrlandiya Konstitusiyasının 2-ci maddəsi rəsmi Dublinin ölkə ərazisinin bütün adaya və ətraf ərazilərə şamil olunduğunu yazır.

    “Xalqa məxsus olan ərazilər İrlandiya adasından, qonşu adalardan və dəniz ərazilərindən ibarətdir”.

    Konstitusiyasında ərazi iddiası olan ÖLKƏLƏR


    Argentinanın Folklend Adalarına iddiası

    1765-ci ildə Böyük Britaniya bu adanı öz tərkib hissəsi elan etsə də, 1776-cı ildə adanı tərk etməli olurlar. 1776-1811-ci illərdə isə Folklend Adaları Argentinanı da idarə edən İspaniya qubernatoru tərəfindən ifadə olunur. Lakin 1811-ci ildə Argentina müstəqillik əldə etdikdən sonra Folklend müstəqil olur. 1833-cü il yanvarın 2-də Böyük Britaniya donanması Folklend Adalarına qoşun çıxaraq, ərazini yenidən öz tərkib hissəsi elan edir. XX əsr boyu Argentina Malvin Adaları adı verdiyi ərazini geri qaytarmağa çalışırdı. 1982-ci ildə buna görə iki ölkə arasında hətta müharibə də olmuşdu.

    Konstitusiyasında ərazi iddiası olan ÖLKƏLƏR


    Argentinanin əsas qanunlar toplusu 129 maddə və 17 keçid maddədən ibarətdir. Folklend *Malvin) Adaları barədə 17 keçid bəndin 1-ci maddəsində məlumat var.

    “Argetina Respublikası Malvin Adaları, Cənubi Georgi və Cənubi Sendviçev adaları, həmçinin, onların daxili və dəniz sərhədlərini öz milli ərazisi hesab edir. Bu ərazilərin qaytarılması və onlar üzərində milli suverenliyin bərpası yerli sakinlərə hörmət və beynəlxalq hüquqa hörmət prinsipləri əsasında Argentina xalqının əsaq qayələrindən biridir”.



    Qəmər Adaları İttifaqının Fransaya ərazi iddiası

    Afrikanın şərqində yerləşən Qəmər Adaları İttifaqı 1965-ci il iyulun 6-da müstəqillik elan edib. XIX əsrdən Fransanın müstəmləkəsi olan 4 ən iri adadan 3-ü bu zaman müstəqillik qazanır. Anjuan, Qrand-Komor və Moheli adaları Qəmər Adaları İttifaqında birləşsə də, sonuncu iri ada sayılan Mayotta sakinlərinin 64%-i Fransanın tərkibində qalmağa səs verdi.


    Konstitusiyasında ərazi iddiası olan ÖLKƏLƏR


    Buna baxmayaraq, 2001-ci ildə qəbul edilmiş Qəmər Adalarının Konstitusiyası Mayottanı da öz ayrılmaz tərkib hissəsi elan edib. Bu barədə ali qanunlar toplusunun 4-cü maddəsində məlumat var.

    “Qəmər Adaları İttifaqı – Anjuan, Qrand-Komor, Moheli və Mayotta adalarından ibarət federativ respublikadır”. (modern.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR