Əli Həsənov Elmar Vəliyevə sui-qəsddən danışdı
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən sui-qəsd hadisəsinə reaksiya verib.
O, "BBC News Azərbaycan”a açıqlamasında narahatlığa əsas olmadığını deyib.
"Bununla bağlı narahatlığa əsas yoxdur. Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Mühafizəçisi xəsarət alıb. Söhbət adi kriminal hadisədən gedir. Cinayəti törədən şəxs polis tərəfindən yaxalanıb”,- deyə Əli Həsənov vurğulayıb.