AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyadan aprel döyüşlərinə xeyir-dua - Ermənistan təlaşdadır

  • + A
  • - A
  • 16-02-2017, 15:11

    Rusiyadan aprel döyüşlərinə xeyir-dua - Ermənistan təlaşdadır













    Ermənilər yenə də iki qədim peşələrindən birinə qayıdırlar

    Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxinin də qoşulduğu səfirlər qrupunun Azərbaycanın işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər etməsi Ermənistanda ciddi narahatlıq doğurub.

    İstiPress-in məlumatına görə, Vladimir Doroxin bildirib ki, kəndə baş çəkmək diplomatlara çox şeyi göstərdi: “Burada emosional məqam da var. Çünki biz bir daha bu münaqişənin nə qədər ağır və mürəkkəb olduğunu öz gözlərimizlə gördük. Bu barədə oxumaq, dinləmək başqa, amma insanlarla söhbət etmək tamam başqadır. Bu bizə daha bir siqnal verdi, ən azından mən özüm üçün belə nəticə çıxardım. Rusiya münaqişənin dinc yolla nizamlanması ilə məşğul olub və bundan sonra da məşğul olmalıdır, bu işi davam etdirməlidir”.

    Vladimir Doroxinin bölgəyə səfəri Azərbaycanın işğaldan azad olunmuş kəndlərə məcburi köçkünləri qaytarmasına Rusiyanın xeyir-duası kimi dəyərləndirmək olar. Sirr deyil ki, Cocuq Mərcanlıya azərbaycanlıların dönüşü aprel döyüşləri zamanı Azərbaycan ordusunun strateji Lələ Təpə yüksəkliyini işğaldan azad etdikdən sonra mümkün olub.

    Ermənilər 1994-cü ildə Moskvanın diqtəsi ilə bağlanmış atəşkəs sazişini əsas götürərək düşünürdülər ki, Rusiya Azərbaycanın azad etdiyi yüksəkliklərdən geri çəkilməsini tələb edəcək. Səbəb də onu gətirirdilər ki, bəs, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın daxili işi deyil, məsələ ATƏT-in Minsk qrupunun nəzarətindədir, buna görə Azərbaycan qoşunların təmas xəttinin 1994-cü ildən sonrakı vəziyyətini dəyişə bilməz və s., və i.a.

    Amma Vladimir Doroxinin bölgəyə səfəri göstərdi ki, Azərbaycan istənilən döyüşlə hər hansı yaşayış məntəqəsini işğaldan azad edib məcburi köçkünləri geri qaytarsa, dünya birliyi, o cümlədən Cənubi Qafqaz regionunu öz təsir dairəsi sayan Rusiya buna etiraz etməyəcək. Bu məsələ artıq bir neçə aydır ki, müstəqil mövqeli erməni ekspertlərinin vurğuladığı məqamdır.

    Azərbaycan torpaqlarının 20 faizi ilə yanaşı Ermənistanı da işğal etmiş terrorçu Qarabağ klanının təmsilçiləri isə bu fakt qarşısında tutarlı arqument gətirə bilmirlər. Onlar Cocuq Mərcanlının heç vaxt Ermənistan ordusunun nəzarəti altında olmadığını iddia edirlər. Əcəba, bəs həmin kəndi kim xaraba qoyub? Əgər Cocuq-Mərcanlıya qayıtmaq mümkün idisə, Azərbaycan niyə indiyə kimi bunu etmirdi?

    Ermənilərin digər bir şişirdiyi məsələ Amerikanın Bakıdakı səfiri Robert Sekutanın Cocuq Mərcanlıya getməkdən imtina etməsini gözə soxmağa çalışırlar. Hər halda, Robert Sekuta hakimiyyətdən salınmış Demokratlar Partiyasının nümayəndəsidir. Onun mövqeyi heç də ABŞ prezidenti Donald Trampın komandasının mövqeyi ilə üst-üstə düşməyə bilər və böyük ehtimalla düşmür. Bir də ki, keçən 25 ilin təcrübəsi göstərir ki, regionun əsas söz sahibi Rusiyadır. Yəni Rusiyanın daha müstəqil siyasət yürüdən, Avrpopanın enerji təhlükəsizliyinin təmini məsələsində ABŞ-ın əsas tərəfdaşı olan Bakının dəstəklənməsi ilə bağlı verdiyi qərara Vaşinqtonun ciddi etirazı ola bilməz.

    Ermənilərin yalanlarına gəldikdə isə, bu onların iki qədim peşəsindən biridir. Birinci və əsasən zərif cinsin nümayəndələrinin məşğul olduğu qədim peşələri barədə Fridrix Engels “Ailə və mülkiyyətin əsasları” əsərində vurğulamışdı. Kişilərinə də xas olan yalançılıq peşələri barədə isə Aleksandr Düma “Qafqaz səfəri” əsərində xüsusi qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR