ABŞ prezidenti Co Bayden Yəmənə zərbə endirmək qərarı ilə ölkəni müharibəyə sürükləyir. Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ ordusunun təqaüddə olan polkovnik-leytenantı Daniel Devis Fox News telekanalında bildirib.
O hesab edir ki, Ağ Evin rəhbəri Amerika vətəndaşlarına izah etməlidir ki, onların ölkəsi nə üçün Yaxın Şərqdə münaqişəni gərginləşdirir.
Davis xəbərdarlıq edib ki, vəziyyət daha yüksək səviyyəyə yüksəlmək potensialına malikdir. Xüsusilə, o, ABŞ-ın bölgədəki maraqlarını, eləcə də husilərin amerikalılara qarşı hücumlarla bağlı birmənalı xəbərdarlığını xatırladıb. “Planımız nədir? Bu, bizi müharibəyə sürükləyən potensial zərbədir”, - deyə polkovnik-leytenant yekunlaşdırıb.
Yanvarın 12-nə keçən gecə ABŞ və Britaniya Yəməndə husilərin mövqelərinə zərbələr endirib. Yəmənin paytaxtı Səna şəhəri raket hücumuna məruz qalıb - orada dörd partlayış səsi eşidilib. Yəmənin husilərin nəzarəti altında olan digər şəhərlərində də partlayışlar baş verib.
ABŞ hökuməti sözçünün sözlərinə görə, zərbələrdən sonra hədəflərə “uğurla nail olunub”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.