AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran Pakistandakı terror qruplaşmasına raket zərbələri endirib

  • + A
  • - A
  • 16-01-2024, 23:50

    İran Pakistandakı terror qruplaşmasına raket zərbələri endirib

    İran İslam İnqilabı Keşikçiləri Korpusu Pakistanda terrorçuların qərargahına raket zərbələri endirib. İran ordusu dronlardan da istifadə edib.
    Pakistanda terror qruplaşmasının yaraqlıları İrandan raket hücumu ilə vurulub. Bu barədə yerli KİV yazır.

    İran da bu hücumda dronlardan istifadə edib.

    “İslam İnqilabı Keşikçiləri Korpusu Pakistanın Bəlucistan əyalətindəki “Ceyş əl-Ədl” (öz adı – Ceyş əl-Zolm) terror qruplaşmasının əsas bazasına ballistik raket və pilotsuz təyyarə ilə hücum edib”– yazan Press TV agentliyi qeyd edib ki, bu, İranın Pakistan ərazisinə ilk raket zərbəsidir.
    Xatırladaq ki, bir həftə əvvəl Ceyş əz-Zolm terrorçuları İranın Rask və Cəngəl şəhərləri arasındakı keçid məntəqəsinə hücum etmişdilər. Hadisə nəticəsində bir polis əməkdaşı həlak olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR