AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ bir həftə ərzində altıncı dəfə Yəmən husilərinə qarşı zərbələr endirib

  • + A
  • - A
  • 19-01-2024, 23:48

    ABŞ bir həftə ərzində altıncı dəfə Yəmən husilərinə qarşı zərbələr endirib

    Birləşmiş Ştatlar Britaniya ilə əməkdaşlıq edərək, bir həftə ərzində altıncı dəfə Yəməndə Husi Ənsar Allah üsyançı hərəkatının hədəflərini vurdu. Bu barədə Yəmənin “Əl-Masirah” telekanalı məlumat yayıb.

    Materialda bu dəfə hücumun Qırmızı dəniz sahilində yerləşən, təxminən 500 min nəfər əhalisi olan böyük liman şəhəri Hodeydaya düşdüyü aydınlaşır.

    Telekanalın məlumatına görə, Əl-Caban bölgəsi hücuma məruz qalıb.

    Tələfat və dağıntılar barədə hələlik əlavə məlumat verilməyib, rəsmi şərh də daxil olmayıb.

    Bir gün əvvəl ABŞ həftə ərzində beşinci dəfə Yəməndəki husi hədəflərini vurdu. Mənbənin sözlərinə görə, husilərin raket və buraxılış sistemlərinə qarşı qabaqlayıcı zərbələr endirilib.

    Öz növbəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbələri qanunsuz adlandırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR