AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə fransız casus ringi ifşa edilib

  • + A
  • - A
  • 20-02-2024, 17:04

    Türkiyədə fransız casus ringi ifşa edilib


    Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Fransa Kəşfiyyat İdarəsinin Türkiyə ərazisindəki fəaliyyətini ifşa edib.

    Türkiyədə ümumilikdə 3 nəfər həbs edilib, onların bir ildir Fransa Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) üçün casusluq fəaliyyəti həyata keçirdikləri müəyyən edilib. Onlar bir neçə ay nəzarətdə olublar.

    İstanbul polisi və MİT əməkdaşları Fransa kəşfiyyatının xəbərdarlığından sonra Türkiyəni tərk etməyə çalışan casusları saxlayıblar. Hamısı suriyalı olmaqla üç nəfər həbs edilib: Ahmet Kati, İbrahim Şevaiş və Xalis Elnahar. MİT-in məlumatına görə, onlar Türkiyənin miqrasiya siyasəti və ölkədə insan haqlarının pozulması ilə bağlı yalan məlumatlar ötürüblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR