Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) 3 casusunu ələ keçirib.
Azadmedia.az Publika.az-a istinadən xəbər verir ki, bir il ərzində Türkiyədə fəaliyyət göstərən DGSE casusları MİT tərəfindən aylarla addım-addım izlənilib.
Belə ki, Fransa casusları Türkiyə əleyhinə saxta sənədlərin hazırlanması, rəsmi Ankaranın miqrant siyasəti haqda informasiyaların toplanması işini həyata keçirib.
Qeyd edək ki, məlumata görə, İstanbulda yaşayan və “fəal jurnalist” kimi tanınan suriyalı miqrant Əhməd Katie ailəsi ilə birlikdə sığınacaq almaq üçün Fransa konsulluğuna müraciət edib. Bu müraciətdən sonra DGSE fəaliyyətə keçib və Ə.Katieyə sığınacaq ala bilməsi üçün Türkiyə əleyhinə siyasi və hərbi casusluq etməsini təklif edib. Casusluq fəaliyyətini Ə.Katie ilə yanaşı, İbrahim Şevais və Halis Elnahar həyata keçirib. DGSE bu casuslarla əlaqəni Parisdə fəaliyyət göstərən Hələb Dostları Cəmiyyəti (Coliectif Amis d'Alep) vasitəsilə qurub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.