Ukraynadakı vəziyyətlə əlaqədar Yaponiyanın Rusiya Federasiyasına qarşı yeni sanksiyaları təsdiqlənmənin son mərhələsindədir və yaxın vaxtlarda elan ediləcək. Bu barədə Yaponiyanın xarici işlər naziri Yoko Kamikava növbəti mətbuat konfransında bildirib.
Kamikava həmçinin Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərini bir daha tənqid edib.
Yaponiyanın baş naziri Fumio Kişida daha əvvəl bildirmişdi ki, Yaponiya hökuməti də ötən həftənin əvvəlində G7-nin digər üzvləri kimi Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı sanksiyalar siyahılarını genişləndirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.