Yaponiyanın baş naziri Fumio Kişida bildirib ki, Yaponiya NATO-ya daimi və ya assosiativ üzv kimi daxil olmaq niyyətində deyil. O, həmçinin bildirib ki, ölkə hakimiyyəti hələ də alyansın Yaponiyada nümayəndəliyinin açılması imkanını müzakirə edir.
Fumio Kişida Yaponiya parlamentinin aşağı palatasının plenar iclasında deyib: “Yaponiyanın NATO-ya nə daimi, nə də assosiativ üzv kimi daxil olmaq planları yoxdur”.
Cənab Kişida əlavə edib ki, Yaponiyada NATO ofisinin açılması ilə bağlı qərar hələ verilməyib. Onun sözlərinə görə, müzakirələr davam edir. O əlavə edib ki, eyni zamanda Yaponiya “beynəlxalq nizamın indi üzləşdiyi çətin sınaqlar” səbəbindən alyans üzvləri və onların müttəfiqləri ilə münasibətləri gücləndirməyi planlaşdırır.
Azadmedia.az xatırladır ki, may ayında NATO-nun baş katibi Yens Stoltenberq alyansın Tokioda ofisinin açılması üçün Yaponiya ilə danışıqlar apardığını açıqlamışdı. Yanvar ayında o, Uzaq Şərqə də qastrol səfərində olub, bu müddət ərzində Cənubi Koreya və Yaponiyaya səfər edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.