AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan İsraillə 9,5 milyard dollarlıq ticarətin bitdiyini təsdiqləyib

  • + A
  • - A
  • 3-05-2024, 22:47

    Ərdoğan İsraillə 9,5 milyard dollarlıq ticarətin bitdiyini təsdiqləyib

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İsraillə ticarət əlaqələrini dayandırmaq məcburiyyətində qaldığını və ticarət dövriyyəsini dayandırdığını bildirib.

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İsraillə ticarət əlaqələrini dayandırmaq məcburiyyətində qaldığını və həcminin 9,5 milyard dollara çatan ticarət dövriyyəsini dayandırdığını bildirib.

    “İsrail və Fələstin arasında baş verən hadisələr qəbuledilməzdir. İsrail 40-45 min fələstinlini öldürüb. Biz müsəlmanlar olaraq sadəcə seyr edə bilməzdik. Biz hərəkətə keçməyə məcbur olduq və lazım olan addımı atdıq. Bizim 9,5 milyard dollarlıq ticarət dövriyyəmiz olub, indi onu dayandırmışıq”.

    Türkiyə lideri qeyd edib ki, o, indiki böhran başlamamışdan əvvəl ABŞ-da İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb. “O zaman onunla bir səbəbdən görüşdüm, ancaq Türkiyə və İsrailin birlikdə bəzi addımlar ata biləcəyini göstərmək üçün. Amma Netanyahu amansız olduğu ortaya çıxdı və uşaqlara qarşı bu amansızlığı göstərdi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR