İtaliyanın baş naziri Giorgia Meloni Liviya Milli Ordusunun (LNA) komandanı feldmarşal Xəlifə Haftar ilə görüşü zamanı Rusiya ilə əlaqələrdən imtina müqabilində ölkəyə Liviya neftinin satışından daha çox gəlir təklif edib. Bu barədə “Repubblica” qəzeti məlumat yayıb.
“Meloni Liviya torpaqlarında xarici qüvvələrin mövcudluğuna son qoymaq üçün əməkdaşlıq tələbini Haftara çatdırıb. Söhbət Aralıq dənizində Rusiyanın logistika bazasının yarana biləcəyi Kirenaikada (Liviyanın Misirlə sərhəddində yerləşən region – Lenta.ru-nun qeydi) Rusiya ilə əməkdaşlıqdan gedir. Proses faktiki olaraq artıq başlayıb”, - qəzet qeyd edir.
Materialın müəllifləri əlavə ediblər ki, Meloni miqrasiya məsələsini sövdələşmənin tərkib hissəsinə daxil etmək istəyir. Xüsusilə, o, Haftar ordusunun Afrika ölkələrindən qaçqın axınının qarşısını alacağına ümid edir. Beləliklə, siyasətçi gələcək Avropa Parlamentinə seçkilərə qədər öz mövqeyini gücləndirmək istəyir.
Bundan əvvəl məlum olmuşdu ki, Fransa prezidenti Emmanuel Makronun Çin sədri Si Tszinpini Ukrayna məsələsində Rusiyaya təzyiq göstərməyə inandırmaq cəhdi heç bir nəticə verməyib. Çin lideri Qərbin Pekin və Moskva arasındakı sıx əlaqələri tənqid etməsindən qəzəblənib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.