AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Habil və Qabil əkizləri kafeni pritona çeviriblər

  • + A
  • - A
  • 4-09-2019, 09:39

    Habil və Qabil əkizləri kafeni pritona çeviriblər

    Abşeron rayonunda yerləşən “Pəhləvanlar” kafesində əxlaqsızlıq yuvası təşkil etməkdə və narkotik vasitələrin satışında təqsirləndirilən Habil və Qabil qardaşları, onların ortağı Elçin Əzimlinin barəsindəki cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

    “Qafqazinfo”nun verdiyi xəbərə görə, hər üç şəxs 2019-cu ilin fevral ayında DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən Abşeron rayonunda keçirilən əməliyyat nəticəsində saxlanılıb. Məlum olub ki, Qabil Ramazanov işlətdiyi “Pəhləvan” kafesində xüsusi otaqlar düzəldərək orada qadınları fahişəliyə cəlb edib. Bu fəaliyyətdən əldə olunan gəlir isə qardaşlarla həmin qadınlar arasında bölünüb.

    İstintaqın ilk mərhələsində Q.Ramazanov həbs edilib, qardaşı Habil və E.Əzimli isə polisin nəzarətinə verilməklə sərbəst qalıblar. Qabil ramazanov “Pəhləvanlar” kafesinin sahibi və dəstənin başçısı olub. O, saxlanılan zaman üzərindən külli miqdarda narkotik vasitə aşkar olunub.

    Q.Ramazanov həm narkotik ticarəti, həm də insan alverində, əkiz qardaşı Habillə Elçin isə yalnız insan alverində ittiham edilirlər.

    Hazırda cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Mahmud Ağalarovun sədrliyi ilə baxılacaq.

    Bir neçə il əvvəl isə Qabil Ramazanov başqa bir cinayət işində zərərçəkmiş kimi çıxış edib. O, evindən 200 min manat oğurlayan qardaşı oğlu Ümid Ramazanovun işində zərərçəkmiş kimi tanınıb. Ü.Ramazanovun ifadəsinə görə, Qabil onu 7-8 il “Pəhləvanlar” kafesində nəzarətçi kimi işlədib və maaş verməyərək sonda ona toy edəcəyini vəd edib. Bu müddət ərzində Ümid əməkhaqqı almadan işləyib. Buna görə də Ümid nişanlanıb və əmisinə evlənmək istdiyini deyib. Lakin Qabil pulunun olmadığını deyib. Əmisinin biznesinə bələd olan Ümid onun evində külli miqdarda pul olduğunu bilib və əmisigil evdə olmayanda girərək seyfdən selofan paketdəki pulları götürüb. O, qızıllara əl vurmadığını bildirib. Daha sonra əmisinin “VAZ 21015” markalı avtomobilini sürərək Bakı Avtovağzalına gedib. Puldan 3 min manat götürüb, qalanını isə maşında saxlayıb. Özü oradan bilet alaraq Türkiyəyə gedib. Xaricdə olarkən qardaşına mesaj yazaraq maşının və pulun yerini deyib. Ölkəyə qayıtdıqda isə həbs olunub. Məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

    Məlumata görə, Ramazanovlar 7 qardaşdırlar və hər biri idmançı-pəhləvan kimi fəaliyyət göstərib.

    Qeyd edək ki, qardaşlar saxlanılmadan öncə dəfələrlə mətbuatda həmin məkanın əxlaqsızlıq yuvası olması haqda materiallar yayılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR