AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İstirahət mərkəzləri qiymətləri qaldıracaqmı? — Turizm mütəxəssisi DANIŞIR

  • + A
  • - A
  • 30-04-2020, 13:47

    İstirahət mərkəzləri qiymətləri qaldıracaqmı? — Turizm mütəxəssisi DANIŞIR


    2020-ci ildə turizm sektoru dünyanı bürüyən koronavirus pandemiyası ilə əlaqədər ən çətin dövrünü yaşayır. Bu müddətdə rəqabətin artacağı, səyahətlərin daha qısa olacağı, daha ucuz otellərə üstünlük veriləcəyi gözlənilir. Pandemiya iqtisadiyyatın müxtəlif sahələrinə öz mənfi təsirlərini hiss etdirib. Onun, ən çox ziyan vurduğlarından biri, turizm və restoran sektoru, iaşə obyektləri oldu. Demək olar ki, böhran bu sahələri iflic vəziyyətinə saldı.
    Hazırda bütün turizm obyektləri yay mövsümünə hazırlaşır. Lakin pandemiyanın davam etməsi, turizm sahəsində çalışan insanların əl qolunu bağlayıb, onları çaş-baş vəziyyətdə qoyub. Bu böhran davam etməkdə, dərinləşməkdədir. Qarşıdakı mövsümdə turizm sahəsinin ciddi böhran yaşayacağı görünür. Pandemiyanın davam etməsi turizm strategiyasının müəyyənləşməsində də çətinlik yaradır. İndi hamını turizm sektorunun hansı addımlar atacağını, özünü qısa zamanda necə toplayacağı maraqlandırır. Bu zaman qiymətlərdə dəyişiklik müşahidə olunacaqmı?

    Bununla bağlı, turizm sahəsinin mütəxəssislərinin mövqeyini öyrənməyə çalışdıq.

    Turizm şirkətinin rəhbəri, bu sahə üzrə mütəxəssis Barat Əlizadənin fikrincə, bu dönəmdə ən əsası insanlarda səyahətə maraq yaratmaq üçün alternativ yollardan istifadə olunmalıdır.

    “Bu dönəmdə iqtisadiyyata dəyən zərəri qarşılamaq üçün, qiymətlər ucuzlaşmalı ən azından eyni saxlanılmalıdır ki, bir az maraq oyansın. Mənim fikrimcə, bu çətin şəraitdə insanların səyahət etmək qorxusu olduğu halda heç bir sahibkar qiymət qaldırmağa risk etməz. Bu baxımdan hər hansı bir qiymət artımı barədə söz ola bilməz. Lakin bu məsələyə başqa aspektdən baxsaq, iqtisadiyyatın kiçilməsinə, şirkətlərə dəyən böyük zərərlərə görə, qiymət artımı gözləmək də olar. Yenə deyirəm, bu da böyük risk almaq deməkdir.

    Məsələn, hər hansı bir ölkədə devalvasiya olduqda, bütün sahələrdə artım müşahidə olunur. O zaman, hər bir şeyin qiyməti artır, çünki bu proses zəncirvari qaydada bir–biri ilə bağlıdır. Qida məhsullarının qiymətində artım olursa, mütləq şəkildə bu turizm sahəsində də özünü büruzə verir. Lakin pandemiya ərəfəsində bu məsələnin digər alternativ yolları da düşünülməlidir. Bir mütəxəssis kimi deyə bilərəm ki, turizmə maraq yaratmaq üçün, qiymətlərdə nəinki artım olmamalıdır, hətta müəyyən endirimlər belə olmalıdır”, - deyə, o, bildirib.
    B. Əlizadə dünyada turizm sezonunun nə zaman açılması barədə də proqnoz verib.

    “Xarici dövlətlərə nəzər salsaq, qardaş ölkə Türkiyədə turizm sezonunun açılışı avqust ayında planlaşdırılır. Ancaq hazırda dünyadakı pandemiya böhranına görə, bunu tam dəqiq proqnozlaşdırmaq olmur. Vəziyyətə görə, bu 6 aydan 1 ilə qədər uzadıla bilər. Çünki insanlarda səyahət etmək qorxusu var. Mənim fikrimcə, buna görə də səyahətlər 6 aydan tez başlamayacaq”.

    B.Əlizadə ölkədaxili səyahətlərin başlanacağı vaxtan da danışıb.

    “Düşünürəm ki, 3 aydan sonra - iyul, avqust aylarında insanlar ölkədaxili səyahət etməyə başlayacaqlar. Artıq bəzi şirkətlər kənd, eko turizm üçün xüsusi səyahət turları hazırlayıblar. Ancaq hələ ki, burada da qiymətlər açıqlanmayıb. Pandemiyaya görə dünyadakı vəziyyət dəqiq proqnozlaşdırıla bilinmədiyi üçün xüsusi qiymət strateqiyası da açıqlana bilməz. Bu da, birbaşa turizm sektoruna mənfi təsirini göstərir”, - deyə, B. Əlizadə vurğulayıb.

    Hazırladı: Vüsalə Balayeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR