AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADU-da mitinqin və rektorun devrilməsi ssenarisinin sirri çözüldü - Pərdəarxası

  • + A
  • - A
  • 3-06-2017, 12:38

    ADU-da mitinqin və rektorun devrilməsi ssenarisinin sirri çözüldü - Pərdəarxası

















    Prezident İlham Əliyev Prezident Administrasiyasının strukturunda dəyişikliklər edib. Bu dəyişiklik nəticəsində Prezident Adminstrasiyasında müşavirlik institutu, o cümlədən Kamal Abdullayevin tutduğu vəzifə ləğv olunub.

    Prezident İlham Əliyevin digər sərəncamına əsasən Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib.

    Bu təyinatadək müddət əvvəl Azərbaycan Dillər Universitetinin rektor əvəzi vəzifəsini Əfqan Abdullayev icra edirdi.

    Azərbaycan Dillər Universitetinin mətbuat katibi Şəfaqət Kazımova Modern.az-a açıqlamasında deyib ki, Əfqan Abdullayev yenə də ADU-da fəaliyyətini davam etdirir.

    “Professor Əfqan Abdullayev Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektorudur və hazırda vəzifəsini icra edir”.

    Ə.Abdullayevin rektorluqdan çıxarılmasının sirri indi çözülür. ADU-da olan mitinq və rektora qarşı kampaniyanın K.Abdullanı onun postuna gətirməsi üçün hesablandığı deyilir.

    Üç aydır ADU-nun başına keçən Ə.Abdullayevin vəzifədən çıxarılması üçün bu prosesi körükləyən qüvvələr var idi. Hətta sabiq rektor Səməd Seyidovun da bu işdə əlinin olduğu deyilirdi.

    İddialara görə, keçmiş rektorun kadrlarının ordan uzaqlaşdırılması tərəflərin münasibətlərini pisləşdirib. S.Seyidov təsir gücünün ADU-da azaldığını hiss etdiyi üçün hərəkətə keçib.
    Yeni rektorun arxasında hansı qüvvələrin dayandığını aydınlaşdırmaq istənilib. Bu mitinq rektorun himayəçisi olmadığını üzə çıxarıb. Ə.Abdullayevin hamisi olan hansısa nazir və ya güclü bir fiqurun ortaya çıxmadığı məlum olub.

    Ulus.Az xəbər verir ki, bir vaxtlar Dünyamin Yunusov və Əfqan Abdullayev ayrı-ayrılıqda kürsü uğrunda mübarizədə ciddi səylər göstərirdilər.

    Bununla yanaşı, vaxtı ilə onların əlini haram çörəkdən və rüşvətdən kəsən sabiq rektor Səməd Seyidova qarşı koalisiya yaradıb onun vaxtında təyin olunan peşəkar və yaradıcı kadrlara "müharibə" elan etmişdilər.

    Artıq Kamal Abdulla ADU-nun başına keçib. Yeni rektora bu mühit tanışdır. Daha əvvəl Slavyan universitetində rektor olub. Hətta bu iki ali məktəbin birləşməsi də mümkündür.

    Əslində, Prezident Administrasiyasında və digər idarəçilik sistemində etdiyi struktur dəyişiklikləri cəmiyyətimizdə çox böyük rəğbətlə qarşılandı. Bu struktur dəyişiklikləri yeni islahatların bir hissəsidir.

    Prezident Administrasiyasında yeni şöbələrin yaradılması ölkəmizdə bu sahələrdə işlərin daha çevik və uğurla aparılmasını təmin edəcək.

    Prezident Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbə və Gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılması bu sahələrin inkişafının cənab Prezidentin və dövlətimizin daima diqqətində olmasının göstəricisidir.

    Həmin şöbələr ölkəmizdə bu sahələrdə daha çevik idarəetməyə şərait yaradacaq. Yeni struktur dəyişiklikləri Azərbaycanın uğurlarına böyük təkan verəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR