ADU rektorunun diplomu və anti-Seyidovçu koalisiyası haqda sensasion iddialar - Təfərrüat
Azərbaycan Dillər Universitetinin Elmi Şurasının iclası yekunlaşıb
İclasda 9 dövlət imtahanının ləğvi, 2 imtahanın saxlanması qərara alınıb.
Tələbələrə iki variant təklif olunub. Onlar həm test üsulu ilə imtahan verməyi, həm də hesabat işi yazmağı seçə bilərlər.
Tələbələr ADU-nun qarşısında etiraz aksiyası keçiriblər. Buna səbəb 7 il öncə ləğv edilən dövlət imtahanlarının yenidən bərpa edilməsidir.
Tələbələr rektor Əfqan Abdullayevin yeni əmri ilə razılaşmırlar. Narazılığa cavab olaraq universitet rəhbərliyi tələbələrin tələbinin əsassız olduğunu bildirmişdi.
Dövlət imtahanı ilə bağlı bütün məsələlər Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 saylı qərarı ilə təsdiq edilmiş "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən tənzimlənir.
Ulus.Az xəbər verir ki, yeni rektorun arxasında hansı qüvvələrin dayandığını aydınlaşdırmaq istənilib.
Bu mitinq rektorun himayəçisi olmadığını üzə çıxarıb. Ə.Abdullayevin hamisi olan hansısa nazir və ya güclü bir fiqurun ortaya çıxmadığı məlum olub.
Bir vaxtlar Dünyamin Yunusov və Əfqan Abdullayev ayrı-ayrılıqda kürsü uğrunda mübarizədə ciddi səylər göstərməklə yanaşı, vaxtı ilə onların əlini haram çörəkdən və rüşvətdən kəsən sabiq rektor Səmıd Seyidova qarşı koalisiya yaradıb onun vaxtında təyin olunan peşəkar və yaradıcı kadrlara "müharibə" elan etmişdilər.
Bu hücumda mərkəzi icra hakimiyyəti orqanı olan Təhsil Nazirliyi kimi strateji dövlət qurumunda fəaliyyət göstərən Əfqan Abdullayev müxalif yönümlü saytlarla olan əlaqələrindən istifadə edərək daha çox "uğur" qazandı.
Özünü Harvard Universitetinin məzunu kimi qələmə verən Ə.Abdullayev yaxşı olardı ki, saxta sənədlər haqqında saxta məlumat yaymaq əvəzinə özünün olmayan diplomunu tapıb nostrifikasiya etsin.
Yəqin ki, bu çox uzun vaxt aparan prosedur olacaq və ya dekan işlədiyi dövr ərzində saxtalaşdırdığı "vedomostaları", ağ vərəqlərə yazdığı yüksək balları yada salsın (bunları universitetin sənədlərini qaldırıb çox asan yoxlamaq olar.