Bakıda yol polisi vətəndaşa: "İtil burdan, sənin qanını içərəm" - VİDEO
DYP əməkdaşı yaşlı qadınların yanında belə ağır söyüş söyməkdən çəkinməyib
Bakıda yol polisi ilə vətəndaşlar arasında mübahisə yaranıb.
Avtosfer.az-ın məlumatına görə, bununla bağlı videonu sosial şəbəkələrdə Rivzan Nuriyev adlı istifadəçi paylaşıb. Videodan da göründüyü kimi, 99 YP 463 dövlət nömrə nişanlı patrul avtomaşınında xidmət aparan yol polisi əməkdaşı vətəndaşlarla mübahisə edir, onlara qarşı nalayiq ifadələr işlədir. Hətta, vətəndaşlardan birinə "sənin qanını içərəm, itil burdan" deyərək onu itələyir. Yaşlı qadınlar onları sakitləşdirməyə çalışsa da, polis əməkdaşı onların da yanında küçə söyüşləri söyür. Mübahisənin nədən baş verdiyi barədə məlumat verilmir.
Həmin görüntüləri təqdim edirik: