AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İşıqla bağlı son vəziyyət necədir? — AÇIQLAMA

  • + A
  • - A
  • 3-07-2018, 10:08

    İşıqla bağlı son vəziyyət necədir? — AÇIQLAMA














    Hazırda Bakı şəhərinin 95 faizində işıqla bağlı problem yoxdur.
    Bunu açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

    Onun sözlərinə görə, elektrik enerjisinin verilişinin bərpası ilə hazırlıqlar davam edir:

    “Artıq dövlət xəstəxanaları, Bakı Metropoliteni, hərbi hissələr, su-kanalizasiya idarələri və digər dövlət əhəmiyyətli bütün obyektlər elektriklə təmin olunub”.

    Tanrıverdi Mustafayev qeyd edib ki, regionlarda qərb və şimal rayonları 100 faizi, digər ərazilərin isə 40-80 faizi enerji ilə təchiz olunub.
    Həyati vacib əhəmiyyətli obyektlərin enerji ilə təminatı tam bərpa edilib.

    İlkin ehtimala görə, qəzaya səbəb Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma olub. Əlaqədar dövlət strukturlarından yaradılmış operativ əməliyyat qrupu və Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer Xidməti bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işləri həyata keçirir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR