Abşeron və Sumqayıtın bir hissəsi işıqsız qaldı
Abşeron rayonunun və Sumqayıt şəhərinin bir hissəsinə elektrik enerjisinin verilməsi dayandırılıb
Report xəbər verir ki, yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Abşeron rayonunun Masazır və Saray qəsəbələrində, Sumqayıtın isə Corat qəsəbəsində, XVII və XVIII mikrorayonlarında gecə saatlarından işıq yoxdur.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev problemin mövcudluğunu təsdiq edib: “Elektrik enerjisi ilə təchizatda fasilələr daha çox həyət evləri olan ərazilərdədir. Əməkdaşlarımız problemi aradan qaldırmaq üçün çalışır və yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa ediləcək”.
Xatırladaq ki, adıçəkilən ərazilərdə işıqla bağlı problemləri yay aylarında da yaranmışdı. Həmin vaxt "Azərişıq" rəsmiləri bunu qışa hazırlıq məqsədi ilə elektrik xətlərinin yenilənməsi ilə izah etmişdi.