AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bir sıra obyektlərdə içməli sudan qanunsuz istifadə halları aşkarlanıb

  • + A
  • - A
  • 2-04-2024, 22:46

    Bir sıra obyektlərdə içməli sudan qanunsuz istifadə halları aşkarlanıb

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatı

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi əməkdaşlarının Nərimanov rayonunda keçirdiyi nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə içməli sudan qanunsuz istifadə halları aşkarlanıb. 6-cı köndələn küçəsində bir sahibkara məxsus avtoyuma məntəqəsi, kafe və kirayə yaşayış evlərinin su təchizatı sistemlərinə baxış keçirilib. Məlum olub ki, bu obyektlərin içməli sudan istifadəsi üçün müqaviləsi və 2 ədəd sayğacı var. Lakin obyekt sahibi sayğacdankənar xətt çəkərək uçotdan yayınıb. Bununla əlaqədar əvvəllər su təchizatı dayandırılsa da sahibkar qonşu obyektin xəttinə qanunsuz müdaxilə edərək suyun talanmasını davam etdirib.
    Nərimanov rayonu Əliyar Əliyev küçəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evinə də sudan qeyri-qanuni istifadənin qarşısı alınıb. Yaşayış evinin su təchizatı sisteminə qoşulması üçün texniki şərti yoxdur və müqavilə bağlanmayıb. Evin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyekytlərində də qanunsuz çəkilmiş xətt vasitəsilə sudan istifadə edilib.
    Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib. Qeyd edək ki, cari ilin ötən dövründə içməli sudan qeyri-qanuni istifadə ilə bağlı Nərimanov rayonunda 9, ümumilkdə isə 705 fakt aşkarlanaraq qarşısı alınıb
    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşların və sahibkarların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
    https://www.youtube.com/watch?v=eX8Z3RAGlFA&t=1s






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR