Bakıda yolların buz bağlaması səbəbindən ötən gecə bir neçə yük avtomobili yolda qaldı
MÜRACİƏT EDİRİK
Proqnozlara əsasən bu gün və qarşıdakı günlərdə yolların buz bağlaması ehtimalı var. Müşahidələr göstərir ki, havanın qarlı və yollarda buzlaşmanın olduğu gündən bu vaxta qədər Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospekti və Bakı dairəvi yolunda daha çox yük avtomobillərinin hərəkətində problemlər yaranır. Əksər hallarda hərəkət mümkünsüz olduğundan (nəqliyyat vasitələri sürüşdüyündən) qəzalar baş verir, bu avtomobillər yollarda qalır və nəqliyyat sıxlığı yaranır. Belə nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl yolların buz bağlayacağını nəzərə almalı və nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirməlidirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.