AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İmamoğlu ilə birlikdə saxlanılan Ercan Saatçi azadlığa buraxılıb

  • + A
  • - A
  • 23-03-2025, 12:00

    İmamoğlu ilə birlikdə saxlanılan Ercan Saatçi azadlığa buraxılıb

    İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya və terror əməliyyatı çərçivəsində saxlanılan məşhur türkiyəli sənətçi, müğənni Ercan Saatçi hakimin əmri ilə azadlığa çıxıb.

    İstintaq çərçivəsində saxlanılan Əhməd Palazoğlu və Alihan Aydın da sərbəst buraxılıb.

    Məlumata görə, 57 yaşlı Ercan Saatçi İstanbul Böyükşəhər Bələdiyyəsinin konsertləri ilə bağlı səbəbə görə saxlanılmışdı.

    Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və digər şübhəli şəxslər “cinayətkar təşkilata rəhbərlik”, “cinayətkar təşkilata üzvlük”, “korrupsiya”, “rüşvət alma”, “fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi”, “tenderi saxtalaşdırma” cinayətlərində və “PKK/KCK terror təşkilatına yardım” etməkdə şübhəli bilinirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR