AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“19 saylı Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin əməkdaşları peşəkarcasına işlərini davam etdirir

  • + A
  • - A
  • 28-03-2025, 18:08

    “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin əməkdaşları peşəkarcasına işlərini davam etdirir

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində olan “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin əməkdaşları Şamaxı rayonunda istər magistral, istərsə də daxili yollarda fəaliyyətlərini davam etdirir. Qurum əməkdaşları növbəti dəfə Şamaxı rayonunun Göylər kəndində aprel döyüşləri zamanı şəhid olmuş Səmədov Elşən Səlim oğlunun evinin həyətində asfaltlanma işləri həyata keçiriblər.

    AzadMedia.az
    xəbər verir ki, şəhidimizin atası Səlim Səmədov göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını deyib:

    “Cənab prezidentimizə öz minnətdarlığımı bildirirəm. Eyni zamanda, AAYDA-nın sədri Saleh Məmmədov, “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Nazim Eynallı və Şamaxı rayonunun icra başçısı Tahir Məmmədova öz təşəkkürümüzü bildiririk. Hər zaman öz qayğılarını şəhid ailələrinə göstərirlər”

    Məlumat üçün qeyd edək ki, “19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin əməkdaşları tərəfindən Şamaxı-Dəmirçi-Pirqulu avtomobil yolunun qardan və buzdan təmizlənməsi üçün əraziyə texnika və canlı qüvvə cəlb edilib. Yollar qardan və buzdan təmizlənərək hərəkət tam olaraq bərpa edilib.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR