Mirşahin atasız qızları bullinq edən aparıcının müdafiəsinə qalxdı, onu tənqid edənləri boşboğaz adlandərdı. Onun cavabı özübü çox gecikdirmədi. Təhsil eksperti Etibar Əliyev sosial media hesabından onun cavabını verdi. Azadmedia.az Etibar Əliyevin cavabını təqdim edir:
"Mirşahin Ağayev Kanal S telekanalının aparıcısı Nigar Fərhadın müdafiəsinə qalxıb və ziyalılara müraciət edib:
“Hamısı cəsarətli çıxıb! Belə həssassınızsa, dəyər qədri bilənsinizsə, hər gün milləti təhqir edən antigigiyenik Sevinc Osmanqızı, Tural Sadiqli, Qənimət Zahid, Məhəmməd Mirzəli, soyadını unutduğum Qabil, Manaf və s. kimi əsl ictimai məzəmmətə, linçə layiq olan zir-zibil topasının üzərinə gedin! Niyə susurdunuz? Niyə susursunuz? Cəsarətiniz varsa, onlara irad bildirin, məzəmmət edin, onlarla vuruşun! Onları linç edin! Bu zir-zibil “tv”-lərin xalqımızı hər gün təhqir etməsinə susan dırnaqiçi “ziyalılar” özünüzü dırnaq içindən çıxarın! O yazıq qızı da rahat buraxın! Yığışdırın, bu düşük boşboğazlığı!”
Halal olsun. Birdən ziyalılar da Mirşahinə desə ki, sən nə zaman bizi dəvət etdin, biz də həmin yaramazlara, antigigiyeniklərə cavab vermədik? Ziyalı sosial şəbəkədə yoxdursa, televiziyada olmalıdı. Televiziya rəhbərlərinin düçar olduğu narsisizm xəstəliyi buna qətiyyən imkan verməz. Bu qədər sadə…".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.