AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elmin inkişafı Fondunun ayırdığı qrantlar elmin inkifına töhfə vermədi

  • + A
  • - A
  • 3-04-2025, 10:11

    Elmin inkişafı Fondunun ayırdığı qrantlar elmin inkifına töhfə vermədi

    Milli Məclisin deputatı Fariz İsmayılovun təhsil barədə dedikləri birmənalı qarşılanmayıb. Təhsil eksperti Etibar Əliyev sosial media hesabında Azərbaycan elminin böhranlı vəziyyətindən söz açaraq deputatı gündəmdən geri qalmaqda qınayıb.
    Azadmedia.az xatırladır ki, Milli Məclisin deputatı Fariz İsmayılov Universitetlərin dünyada öz rolunu dəyişdiyini bildurərək qeyd edib ki, əvvəllər onlar yalnız təhsillə məşğul olurdular. Lakin son illərdə Qərb, indi isə Asiya ölkələrində universitetlər tədqiqat və innovasiya mərkəzlərinə çevrilib. Bu qurumlar artıq texnoloji yeniliklər və kəşflər edir, onları kommersiyalaşdıraraq bazara çıxarır və bununla da iqtisadi inkişafı stimullaşdırırlar.
    Deputatın fikrincə yanaşma dəyişilməlidir. Universitetlərdə yeni imkanlar yaratmaq, tədqiqat fondları təsis etmək lazımdır. Müəllimlərin tədrislə məşğul olması ilə yanaşı, tədqiqat işləri apara bilməsi üçün də qrantların ayrılması təmin edilməlidir.
    E.Əliyev haqlı olaraq vurğulayıb ki, əslində F. İsmayılovun dedikləri yenilik deyil. Dünyada Universitetlər rolunu indi dəyişməyib. Dünyanın nüfuzlu universitetləri yaranandan tədqiqatları təhsildən önə çəkiblər. Deputat sanki qəflət yuxusundan indi ayılıb. 1901-ci ildən başlayaraq elm sahələrində mühüm kəşflərə Nobel mükafatı, 1936-cı ildən başlayaraq isə riyaziyyat sahəsində mühüm isbatlara görə Filds medalı verilir. İstər Nobel mükafatına, istərsə də Filds medalına layiq görülənlər Universitet alimləridir. Yəni ənənə var və ənənəni qoruyub saxlayırlar. Bizim universitetlərdəki laboratoriyalar ötən əsrin 60-cı illərindən qalmadır. Elmə ayrılan vəsait isə 0,2 faizdir. Qarabağ universitetinin nəzdində Silikon vadisi yaradılmalıdır. 2010-cu ildə yaradılan Elmin inkişafı Fondunun ayırdığı qrantlar elmin inkifına töhfə vermədi. Elmə filantropların dəstəyi yox səviyysəsindədir. Dünaynın aparıcı universitetlərində çalışan tanınmış alimlərimizin Azərbaycan elminin inkişafına dəstəyi hiss olunmur. Universitet kitabxanalarının fondu yenilənmir. Dəfələrlə elm adamları, tanınmış intellektuallarla magistr və doktorantların görüşünün təşkil olunmasını təklif etmişik. Universitet rəhbərləri üçün belə məsələlər maraqlı deyil. Doktorantlara və magistrlərə "Elmin fəlsəfəsi" fənninin tədrisini təklif etmişəm: fənnin proqramını da yazmışam. Lakin əhəmiyyəti yoxdur. Elmi kəşflər və innovasiyalar göydən düşmür. Bunların kökü olmalıdır. Köksüz ağac bar vermədiyi kimi, köhnə və narsist təfəkkürlə heç nəyə nail olmaq mümükün olmayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR