Son günlər Bakı şəhərində və ətraf rayonlarda qanunsuz tikililər göbələk kimi artıb. Nəzərinizə çatdıraq ki, DOSYE.ORG-da daxil olan qanunsuz tikililərlə bağlı tənqidi məqalələr mərhələ ilə yayımlanacaq.
İlk öncə Yasamal rayon Əsəd Əhmədov küçəsində qanunsuz obyektin inşasından məlumat verək. Belə ki, yaşayış binasına bitişik obyektin inşasına icazə verən qurum dövlətin qanunlarını tapdaq altına atmaqla yanaşı, binada yaşayan sakinlərin həyatını da təhlükə altına atmaqdan çəkinmir.
Məsələ ilə bağlı həmən ərazidə müəyyən fotolar əldə etdik. Özünü şəhid ailəsi kimi təqdim edən Rüfət adlı şəxs bizi şantaj etməkdən belə çəkinmədi. Gah polisə, gah da məhkəməyə verəcəyini söylən bu şəxs, üstəlik ünvanımıza təhqirlər səsləndirdi.
Burdan FHN rəhbərliyinə, Yasamal RİH başçısına və digər qurumlara müraciət edirik ki, fotolarda göstərilən ərazidə qanunsuz obyektin inşasını nəzarətə götürsünlər. Əks halda binada yaşayan sakinlərin həyatı təhlükə altına düşəcək.
Araşdırmalarımız davam edir….
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.