07.04.2025-ci il tarixindən etibarən Azərbaycan Metrologiya İnstitutu (AzMİ) 8771 Çağrı Mərkəzinin vahid xidmət sisteminə inteqrasiya olunub. Bu addım AzMİ-nin göstərdiyi xidmətlərə çıxış imkanlarının daha da asanlaşdırılması, vətəndaş müraciətlərinə operativ cavab verilməsi və ümumilikdə vətəndaş məmnuniyyətinin artırılması məqsədini daşıyır.
Artıq vətəndaşlar 8771 Çağrı Mərkəzinə zəng edərək institut tərəfindən göstərilən metroloji xidmətlər, o cümlədən AzMİ-nin fəaliyyət istiqamətləri ilə bağlı digər məsələlər üzrə məlumat əldə edə və suallarını ünvanlaya bilərlər.
Məlumat üçün bildirək ki, xidmət sahəsini genişləndirən 8771 Çağrı Mərkəzi vasitəsilə
🔹 İstehlak Mallarının Ekspertizası Mərkəzi ilə yanaşı,
🔹 Azərbaycan Standartlaşdırma İnstitutu,
🔹 Azərbaycan Akkreditasiya Mərkəzi,
🔹 Azərbaycan Metrologiya İnstitutuna
dair məlumatlar əldə edə və müvafiq suallar ünvanlaya bilərsiniz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.