AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

43 yaşlı onlayn qumar təşkilatçısı 7 il 6 ay həbs edildi

  • + A
  • - A
  • Bu gün, 10:04

    43 yaşlı onlayn qumar təşkilatçısı 7 il 6 ay həbs edildi

    43 yaşlı onlayn qumar təşkilatçısı 7 il 6 ay həbs edildi

    Onlayn qumar və mərc oyunlarının təşkili ilə məşğul olmaqda ittiham edilən 43 yaşlı Həsən Səbili məhkəmənin hökmü ilə cəzalandırılıb.

    Əldə edilən məlumata əsasən, o, Cinayət Məcəlləsinin 193-1.3.2, 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə təqsirli bilinib.

    Müəyyən olunub ki, H.Səbili 2025-ci il ərzində müxtəlif maliyyə əməliyyatları həyata keçirərək 646 761,33 manat vəsaitin izinin itirilməsini təmin edib. O, “7isles” adlı onlayn kazino saytında qumar oyunlarının təşkilində və keçirilməsində iştirak edib, həmin məbləğdə vəsaiti leqallaşdırıb.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Həsən Səbilini 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR