AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"ASAN xidmət"in nümayəndə heyəti Venesuelada

  • + A
  • - A
  • Bu gün, 14:33

    "ASAN xidmət"in nümayəndə heyəti Venesuelada

    11-13 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti qarşı tərəfin dəvəti əsasında Venesuela Bolivar Respublikasına səfər edib.

    Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti ilə Venesuelanın aidiyyəti qurumlarının rəhbər şəxsləri, eləcə də xarici işlər nazirinin müavini Andrea Korao ilə görüşlər keçirilib.

    Görüşlər zamanı Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə yaradılmış "ASAN xidmət" modeli haqqında ətraflı təqdimat edilib və ölkəmizin müvafiq təcrübəsinin ixracı istiqamətində Amerika qitəsi də daxil olmaqla 30-dan çox ölkə ilə əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

    Venesuela tərəfi “ASAN xidmət”in tətbiqində maraqlı olduqlarını və bu istiqamətdə əməkdaşlıq etmək istədiklərini ifadə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR